AZ

Bu ölkə Qəzzaya 29 milyon avro yardım ayırır

Almaniya Qəzzaya təcili humanitar yardım kimi 29 milyon avro (34 milyon dollar) ayıracaq.

Aktual.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz özünün X səhifəsində yazıb.

"Humanitar yardım üçün 29 milyon avro ayırırıq. Misirlə birlikdə Qəzzanın bərpası üzrə konfrans keçirməyi planlaşdırırıq”, - Merz qeyd edib.

Almaniya kansleri həmçinin ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh prosesində ölkəsinin məsuliyyət götürəcəyini də qeyd edib.

Seçilən
9
2
ulusum.az

5Mənbələr