AZ

Zeki Mürenin filminin nümayişi dayandırıldı

11:03 10.10.2025
11:03 10.10.2025

Türkiyənin əfsanəvi sənətçisi Zeki Mürenin bioqrafik filminin reklamı qadağan edilib.

Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb mərhum müğənninin varisi olan Türkiyə Silahlı Qüvvələri Mehmetçik Vəqfi və Türkiyə Təhsil Vəqfi tərəfindən qaldırılan iddianamə olub.

Rejissor Mustafa Uslu müxtəlif festivallarda hazırladığı filmi nümayiş etdirdikdən sonra hər iki fond məhkəməyə müraciət edib.

Məhkəmə vəqflərin şikayətini təmin edib və Zeki Müren filminin nümayişinə qadağa qoyub.

Xatırladaq ki, Zeki Müren bütün sərvətini Türkiyə Silahlı Qüvvələri Mehmetçik Vəqfi və Türkiyə Təhsil Vəqfinə bağışlayıb.


Seçilən
26
1
mynews.az

2Mənbələr