AZ

ING 2028-ci ilə qədər Azərbaycanda ÜMD artımı ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Niderlandın ING bank qrupu yaxın illər üçün Azərbaycandaümumdaxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozlarınıictimailəşdirib.

Trend xəbər verirki, sənədə əsasən, 2025-ci ildə ölkə iqtisadiyyatında 1,5 faiz,2026-cı ildə isə 2,8 faiz artım olacaq, 2027-ci ildə isə iqtisadiartım templərinin 2 faizə qədər yavaşlayacağı gözlənilir.

ING-nin qiymətləndirməsinə əsasən, 2025-ci ilin üçüncü rübündəAzərbaycanın ÜDM artımı sabit qalacaq, dördüncü rübdə isə 3 faizəqədər sürətlənəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına əsasən, 2025-ci ilin yanvar–avqust aylarında ölkədəfəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlartərəfindən 83,0 milyard manatlıq ümumi daxili məhsul istehsaledilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,0 faizçoxdur.

Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 2,1 faizazalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artım qeydəalınıb.

Əlavə dəyərin strukturunda 34,9 faiz sənayenin, 10,3 faizticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,1 faiz nəqliyyat vəanbar təsərrüfatının, 6,3 faiz kənd, meşə təsərrüfatı vəbalıqçılığın, 6,3 faiz tikintinin, 2,8 faiz turistlərinyerləşdirilməsi və ictimai iaşənin, 1,8 faiz informasiya və rabitəsahəsinin, 20,7 faiz isə digər sahələrin payına düşüb.

Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in 9,8 faizini təşkiledib, adambaşına düşən ÜDM isə 8111,3 manat olub.

Məqalədə:
Seçilən
47
1
az.trend.az

2Mənbələr