AZ

Rusiyanın bir kəndində yanğın bir neçə evi bürüyüb

Buryatiyanın Starıy Enxaluk kəndində yanğın bir neçə evi bürüyüb

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Buryatiyanın Starıy Enxaluk kəndində bir neçə yaşayış binası yanıb.

Respublika Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, güclü külək və quru hava şəraiti səbəbindən alov sürətlə yayılıb.

"Yanğınsöndürmə bölməsinin dispetçerinə Kabanski rayonunun Starıy Enxaluk kəndində yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Könüllü yanğınsöndürmə briqadaları gələn zaman yanğının ikimərtəbəli binanın çardağında olduğu müəyyən edilib. Əlverişsiz hava şəraiti yanğının yayılmasına səbəb olub, daha sonra yanğın qonşu binalara keçib", - məlumatda deyilir.

QAZİLER.AZ

Seçilən
19
qaziler.az

1Mənbələr