AZ

40 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 9 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 40 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə APA-ya Miqrasiya Xidmətindən məlumat verilib.

"Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
27
apa.az

10Mənbələr