Sabirabadda toy mərasimində bıçaqlanma hadisəsi olub. "Bakuinfo" "Report"a istinadən xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Telxas Telman oğlu İsrafilov bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib. Hadisəsini törətməkdə şübhəli bilinən, Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Xəqani Muradov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta