Bakı. Trend:
Misir, Qətər və Türkiyə vasitəçiləri, eləcə də ABŞadministrasiyası HƏMAS-a Qəzza zolağında hərbi münaqişənin yenidənbaşlanmayacağına dair zəmanətlər veriblər.
Trend xəbər verir ki, bunuanklavdakı hərəkatın rəhbəri Xalil əl-Həyyə bəyan edib.
“Biz vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzadakımüharibənin tamamilə başa çatdığına dair zəmanətlər aldıq”, - deyəXalil əl-Həyyə vurğulayıb.
Onun sözlərinə görə, razılaşma çərçivəsində İsrailhəbsxanalarında ömürlük cəza çəkən 250 fələstinli, müharibəninbaşlanmasından bəri Qəzzadan həbs edilmiş 1700 fələstinli, eləcə dəİsrail tərəfindən saxlanılan bütün fələstinli qadınlar və uşaqlarazad ediləcək.