AFFA rəsmiləri Azərbaycanın Fransadakı səfiri ilə görüşdü
AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıbLeyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandaya uğurlar arzulayıb.
Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.