AZ

Rusiya təyyarələrini vurmağa çağırdı

Avropa Parlamentinin üzvləri Rusiya pilotsuz uçuş aparatlarının müdaxiləsini və Avropa İttifaqının hava məkanının pozulmasını pisləyərək, “Dron divarı” yaratmağa və Ukrayna ilə əməkdaşlığı genişləndirməyə çağırıblar.

“Cebheinfo.az”-ın məlumatına görə, Avropa Parlamenti Rusiyanın hibrid təhdidlərinə və təxribatlarına Avropa İttifaqının vahid, əlaqələndirilmiş reaksiyasını tələb edən qətnamə qəbul edib.

Sənəddə Moskvanın Polşa, Estoniya, Latviya, Litva və Rumıniyanın hava məkanını pozması, həmçinin Danimarka, İsveç və Norveçdə mühüm infrastruktur obyektlərinə PUA-larla hücumlar da daxil olmaqla düşünülməmiş və eskalasiya yaradan fəaliyyəti pislənir.

Deputatlar bu hərəkətlərin Rusiyanın Aİ-yə qarşı sistemli hərbi və hibrid müharibəsinin bir hissəsi olduğunu qeyd ediblər. Qətnamədə üzv dövlətləri xüsusilə də hava təhdidlərinin təcili vurulması üçün mexanizm yaratmaqla birgə cavab verməyə çağırılır.

Avropa Parlamenti “Dron divarı” ideyasını və “Şərq Mühafizəsi” təşəbbüsünü dəstəkləyib.

Sənəddə Aİ-i və birliyə daxil olan dövlətlərə hava təhdidlərinin vurulması da daxil olmaqla, öz hava məkanının bütün pozuntularına qarşı əlaqələndirilmiş, vahid və mütənasib tədbirlər görməyə imkan verən bütün təşəbbüslərin həyata keçirilməsinin vacibliyi qeyd edilib. 

Seçilən
72
cebheinfo.az

1Mənbələr