AZ

İlham Əliyev: Bu işi şəxsi nəzarətinizdə saxladığınız üçün...

Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə keçirilən görüşdə 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumat verdiyinə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

XəzərNews.az xəbər verir ki, məlumatı Kommersant.ru yayıb.

"Bu ətraflı məlumata görə və bu işi şəxsi nəzarətinizdə saxladığınız üçün bir daha təşəkkür edirəm", - İlham Əliyev deyib.

Prezident əlavə edib ki, qəzadan sonra Vladimir Putinlə əlaqə saxlayıb.

Xəbər 4 dəfə oxunub.
Seçilən
77
xezernews.az

1Mənbələr