AZ

İki vəkil kollegiyadan çıxarıldı - ADLAR

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyətinin dayandırılaraq onların kollegiya üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bunlar vəkil Elxan Osmanov və Cavidan Osmanlıdır.

Rəyasət Heyətinin oktyabrın 1-də keçirilən iclasında onların fəaliyyəti dayandırılaraq kollegiya üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunması qərara alınıb. Marqarita pizza

Qeyd edək ki, vəkil Cavid Osmanlı 2023-cü ildə “Se Breeze”də baş verən kütləvi insident zamanı zərərçəkənlərdən biri olan Elnur Məmmədovun vəkili olub. Bu ilin sentyabrın 17-də isə C.Osmanlıdan edilən şikayətlər əsasında cinayət işi başlanılıb. İlkin iddialara görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinir. C.Osmanlı 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərib.

Fəaliyyəti dayandırılan digər vəkil Elxan Osmanov isə Gəncə şəhər 1 saylı Vəkil Bürosunda işləyib.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
37
1
yenisabah.az

2Mənbələr