AZ

ADY bu ilin 9 ayı ərzində 300-ə yaxın blok-qatar qəbul edib

Bakı, 9 oktyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artım deməkdir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 103 min 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (86 min 413) təxminən 20 faiz çoxdur.

 

Seçilən
32
12
azertag.az

10Mənbələr