AZ

Şamaxıda qeyri-adi moto şou: “Red Bull” ulduzları tamaşaçıları heyran qoydu - VİDEO

Peşəkar “Red Bull” pilotu Şamaxıda şou göstərib.

İdman.biz xəbər verir ki, Ginnes Rekordlar Kitabına düşmüş peşəkar “Red Bull drift” pilotu Abdo Feghali, motosiklet üzərindəki qeyri-adi bacarığı ilə tanınan litvalı “Red Bull stunt” motosikletçisi və Avropa “Stunt Riding” Çempionu Aras Gibieza göstərdikləri şou ilə Şamaxıda tamaşaçıları heyran qoyublar.

Feghali avtomobil üzərində sürətli və dəqiq drifti ilə, Gibieza isə motosiklet üzərində uzun məsafəli təkər üzərində sürüşmə və digər trik hərəkətləri ilə çıxış edib. Tədbir motosiklet həvəskarları üçün əsl əyləncə və həyəcan dolu anlar yaşadıb.

Qeyd edək ki, hər iki idmançı beynəlxalq səviyyədə tanınır və “Red Bull”un rəsmi idmançılarıdır.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr