AZ

Aylıq kart dövriyyəsi 10 milyarda çatıb

BAKI, 9 oktyabr. TELEQRAF

Ödəniş sahəsinə gəlsək, artıq bu ilin ortasına aylıq kart dövriyyəsi 10 milyarda çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "Baku Fintech Forum 2025" tədbirində bildirib.

Bu da böyük bir rəqəmdir və bu ölkənin ümumiyyətlə nağdsız ödənişlərə keçidinin bir nümunəsidir. Eyni zamanda yəqin ki, ani ödənişlər sisteminin, IPS sisteminin istifadəsinin artımını da biz anlıq şahid oluruq. Son il ərzində biz 10% milli ödəniş sistemini, 10%-ə yaxın həcmini biz IPS üzərində keçirməyə nail olduq və bu rəqəmin artımını düşünürük.

Eyni zamanda hal-hazırda özəl işlədiyimiz layihələrdən biri də QR ilə işləri təşkil edib və QR ilə işlərini ölkəmizdə standartlaşdırılmasıdır

Seçilən
84
teleqraf.com

1Mənbələr