Xaçmazda müəllim dəm qazından boğulub.
"Unikal"ın məlumatına görə, Xaçmaz rayon Qırağlı kənd tam orta məktəbində müəllim işləyən Qəbələ rayon sakini 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti qaldığı evdən aşkarlanıb.
Onun hamam otağında dəm qazından boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca