AZ

İlan sərxoş kişini dişlədi, özü öldü - Kuryoz hadisə

Xorvatiyada qeyri-adi hadisə baş verib. Belə ki, ilan spirtli içki qəbul etmiş kişini sancıb. Bundan sonra gürzə spirtin təsirindən ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər  verir ki, kuryoz hadisə 42 yaşlı Ştef Raduliçin başına gəlib.  

Sərxoş kişi hava almaq məqsədilə gəzintiyə çıxıb. Onun sözlərinə görə, təsadüfən gürzəyə çox yaxınlaşdığı üçün ilan özünü qorumaq məqsədilə ayağından sancıb.

"Birdən kəskin ağrı hiss etdim və bunun ilan sancması olduğunu anladım. Həkimə qaçmaq istəyirdim ki, gördüm ilan qəribə hərəkət edir -  gözləri yarı bağlı şəkildə yerində çırpımır"

Yaralı kişi ilanı baytar məntəqəsinə aparmaq istəyərkən, gürzə yolda ölüb. Baytar müayinəsi nəticəsində ilan qanındakı spirt miqdarının 5,1 qram/kq olduğu müəyyən edilib.

Maraqlısı budur ki, ilan zəhəri Raduliçə təsir etməyib. Həkimlərin fikrincə, onun qanındakı alkoqol toksini neytrallaşdırıb və bu, kişini ölümdən xilas edib.

Bunun fonunda kişinin yerli mətbuata açıqlaması da diqqət çəkib.  Kişi bildirib ki, spirtli içki onun həyatını xilas edib. 

"İndi həkimdən rəsmi sənəd istəyirəm ki, spirtin mənim həyatımı xilas etdiyini təsdiqləsin. Bəlkə o zaman arvadım susar", - deyə Raduliç zarafatla əlavə edib.

Gülayə Mecid 

Seçilən
70
26
unikal.az

10Mənbələr