AZ

Gürcüstanda 4 oktyabr hadisələrinə görə saxlanılanların sayı 35 nəfərə çatıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 9 oktyabr, AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə törədilmiş iğtişaşlarda ictimai asayişi pozmaqda, polisə qarşı açıq cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində daha 12 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qanunsuz və zorakı hərəkətlərə yol verən təşkilatçılar və iştirakçılar da daxil olmaqla bu günədək saxlanılanların ümumi sayı 35 nəfər təşkil edir.

Əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
azertag.az

3Mənbələr