Portuqaliyalı Serjiu Konseysau Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun baş məşqçisi təyin edilib.
Ölkə.az xəbər verir ki, bu barədə komandanın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
50 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Konseysau "Əl-İttihad"da istefaya göndərilmiş fransız Loran Blanı əvəz edəcək.
Qeyd edək ki, Konseysaunun son iş yeri İtaliyanın "Milan" klubu olub.