RU

"Əl-İttihad" klubuna yeni baş məşqçi təyin edilib - RƏSMİ

Portuqaliyalı Serjiu Konseysau Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun baş məşqçisi təyin edilib.

Ölkə.az xəbər verir ki, bu barədə komandanın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

50 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Konseysau "Əl-İttihad"da istefaya göndərilmiş fransız Loran Blanı əvəz edəcək.

Qeyd edək ki, Konseysaunun son iş yeri İtaliyanın "Milan" klubu olub.

Избранный
45
olke.az

1Источники