AZ

“Vilyarreal” – “Barselona” oyunu Mayamidə keçiriləcək

İspaniyanın La Liqa çempionatı çərçivəsində 17-ci turun “Vilyarreal” – “Barselona” oyunu 20 dekabr 2025-ci il tarixində ABŞ-ın Florida ştatı, Mayami şəhərindəki “Hard Rock” stadionunda keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə La Liqanın rəhbəri Xavier Tebas bildirib:

“Bu matç La Liqa və İspaniya futbolunu tam yeni səviyyəyə çıxaran tarixi addımdır. Bu qərərin müəyyən narahatlıqlar doğura biləcəyini anlayırıq, lakin nəzərə almaq lazımdır ki, bu yalnız mövsümdəki 380 oyundan biridir. Matç milyonlarla azarkeşi, o cümlədən komandalarını yaxından izləmək istəyənləri nəzərə alaraq təşkil edilir.”

Oyun rəsmi yayımçı kanallar vasitəsilə canlı nümayiş olunacaq və əlavə kontentlə zənginləşdiriləcək. “Vilyarreal” azarkeşlərinə isə Mayamiyə səfər etmək pulsuz olacaq. Ev klubunun sezon abonentləri üçün kompensasiya tədbirləri nəzərdə tutulub, matça getməyəcək abonentlər isə 30% endirim əldə edəcək.

Seçilən
61
90deqiqe.az

1Mənbələr