Beynəlxalq Futbol Federasiyası (FİFA) Ermənistan Futbol Federasiyasına cərimə kəsib.
Publika.az xəbər verir ki, qurumun dərc etdiyi məlumata görə, cərimə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Portuqaliya oyunu zamanı qeydə alınan bir sıra pozuntulara aiddir.
FİFA-nın qərarına əsasən, AFF 12 min İsveçrə frankı ödəməlidir. Səbəblər matç zamanı qeydə alınan intizam pozuntuları, təhlükəsizlik qaydalarına əməl edilməməsi, azarkeşlərin meydançaya müdaxilə cəhdləri, həmçinin atəşfəşanlıq olub.