AZ

Bülent Ersoydan səhnədə gözlənilməz ifadə – tamaşaçılar təəccübləndi

Bülent Ersoydan səhnədə gözlənilməz ifadə – tamaşaçılar təəccübləndiTürk sənət musiqisinin əfsanəvi adlarından biri olan Bülent Ersoy, illərdir səhnədəki güclü səsi və rəngarəng şəxsiyyəti ilə diqqət mərkəzindədir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hər çıxışında zarafatları və səmimi davranışları ilə tamaşaçılarını güldürən "Diva", bu dəfə fərqli bir səbəblə gündəmə gəlib.

Son konsertində mahnı ifa etdiyi zaman baş verən hadisə izləyiciləri heyrətə salıb. Bülent Ersoy səhnədə bir anda özünə qarşı sərt ifadə işlədib, lakin ifasına ara vermədən davam edib. Zalda olan tamaşaçılar qısa bir sükut yaşayıb və sənətçinin bu hərəkəti qarşısında təəccüblərini gizlədə bilməyiblər.

Hadisədən dərhal sonra Ersoyun sanki heç nə olmamış kimi gülümsəyərək mahnısını oxumağa davam etdiyi görülüb. O anlar tamaşaçılar tərəfindən mobil telefonlarla qeydə alınıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Seçilən
112
sonxeber.az

1Mənbələr