AZ

Elektron siqaretlərin qadağan olunmasına baxıla bilər AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elektron siqaretlərin qadağan olunması məsələsinə gələcəkdə baxıla bilər.Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, əsrimizin ən böyük bəlalarından biri də tütün vasitələri, elektron siqaretlərdir:“Çox təəssüf ki, son zamanlar gənclərin bu siqaret növündən istifadə etdiyini görürük. Bəzən əyləncə məqsədi ilə edirlər. Düşünürəm ki, qadağan edilmə məsələsinə baxıla bilər, amma mənim bu məsələlərdə yanaşmam ondan ibarətdir ki, yalnız qadağa çıxış yolu deyil. Biz daha çox bilgiləndirmə, maarifləndirmə barədə düşünməliyik. Gələcəkdə qadağan edilməsinə də baxla bilər, çünki bu, bizim gələcəyimizə mənfi təsir göstərir. Əks halda işimiz daha çətin olacaq, gənclərin bu cür zərərli vərdişlərə meyilləndiyini görəcəyik”.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
demokrat.az

2Mənbələr