AZ

“Bütün vücudlar danışır” layihəsinin illik yekun tədbiri keçirilib

“Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı, “Qırmızı Ürəklər Fondu” və “Kapital Bank”ın tərəfdaşlığı ilə reallaşan “Bütün vücudlar danışır” layihəsinin bir illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Nizami Kino Mərkəzində keçirilən tədbirdə son bir ildə görülən işlər təqdim olunub, inklüziv rəqs nömrəsi göstərilib, həmçinin layihənin bir ilini əhatə edən sənədli film nümayiş etdirilib.

“Bütün vücudlar danışır” layihəsinin məqsədi cəmiyyətin müxtəlif qruplarını – həm əlilliyi olan, həm də olmayan insanları bir araya gətirərək onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, dostluq və ünsiyyət üçün imkanlar yaratmaq, eləcə də inklüzivliyi gücləndirməkdir. Bununla yanaşı, layihə əlillik mövzusunda ictimai məlumatlılığın artırılmasına da töhfə verir. Ötən il ərzində layihəyə ümumilikdə 587 nəfər qatılıb. Onların 396-sı əlilliyi olan, 191-i isə əlilliyi olmayan şəxslərdir.

Xatırladaq ki, 2025-ci il 3 noyabr tarixindən etibarən “Bütün vücudlar danışır” layihəsinin növbəti mərhələsinə start veriləcək.

Seçilən
29
26
publika.az

10Mənbələr