"Neftçi"nin Kamerun millisinin hücumçusu Vinsent Abubakarı transfer etmək istədiyi barədə məlumat vermişdik. Tərəflər arasında 1 aydır davam edən danışıqlar yekunlaşmaq üzrədir.
Publika.az-ın məlumatın görə, hazırda ölkəsində olan 33 yaşlı hücumçuya Bakı klubu tərəfindən son təklif edilib. Futbolçu keçidə isti yanaşsa da, düşünmək üçün vaxt istəyib. "Ağ-qaralar" Abubakarı çox gözləmək fikrinə deyil.
Vinsent milli komandanın oyunları başa çatana qədər "Neftçi"yə cavab verməlidir. O, transferə razılıq versə, ölkəsindən dərhal Bakıya gəlib tibbi müayinədən keçəcək və müqavilə imzalanacaq.
Əvvəl də məlumat veridyimiz kimi, Bakı təmsilçisi "Beşitkaş" və "Porto" klublarının sabiq ulduzuna 500 min avro maaş və 1 illik müqavilə təklif edir. Klub futbolçu ilə əməkdaşlıqdan razı qalarsa, sözləşmənin müddəti artırıla bilər.