Aktual.az xəbər verir ki, bunu erməni siyasi müşahidəçi David Stepanyan deyib.
"Bütün bunlar suallardır, çoxlarımızın təsəvvür etdiyi kimi deyil – biz onu veririk, orada hasar çəkirlər, dəmir yolu da, neft kəmərləri də, boru kəmərləri də, qaz kəmərləri də... Belə imkanlar yoxdur orda, ciddi coğrafi problemlər var. Tikinti işlərinə başlamazdan əvvəl sərhəd zonasının delimitasiyası və demarkasiyası aparılmalıdır və bütün bunlar böyük vəsait tələb edir. Sərhədi keçən azərbaycanlılar erməniləri yox, Amerika pasportlu Amerika şirkətinin əməkdaşlarını görəcəklər. İcra prosesi ilkin mərhələdədir. Artıq konkret vəsait ayrılıb, Amerikadan bu işlə məşğul olmaq üçün ABŞ adından konkret adamlar var, birgə komissiyalar yaradılır, baş nazirin müavinləri Zəngilana və Zəngəzur rayonuna gedib, delimitasiya və demarkasiya planlaşdırılır”, - o bildirib.