AZ

KİV: Rusiya Ukrayna müharibəsinə 25 min kubalı qoşula bilər

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın tərəfində döyüşəcək kubalıların sayı 25 minə çata bilər.

APA xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, rekord səviyyədə itkilər səbəbilə Rusiya əcnəbiləri və ölkədə yaşayan miqrantları kütləvi şəkildə orduya cəlb etməyə başlayıb. Moskva üçün bu, daxili narazılıq olmadan müharibəni davam etdirmək üsulu, müttəfiqləri üçün isə müasir müharibədə döyüş təcrübəsi qazanmaq imkanıdır.

Kubalılar üçün müharibədə iştirakın cazibəsi əsasən maddi maraqla bağlıdır. “Forbes” qeyd edir ki, onlara ayda təxminən 2000 dollar maaş vəd edilir ki, bu da Kubada aldıqları orta əməkhaqqını on dəfələrlə üstələyir (orta maaş təxminən 20 dollardır).

Havana rəsmi olaraq bu prosesdə birbaşa iştirakını inkar etsə də, analitiklər hesab edir ki, bu miqyasda əsgər toplanması yerli hakimiyyətin səssiz razılığı olmadan mümkün olmazdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
3
apa.az

4Mənbələr