AZ

Tovuzda maşın 85 yaşlı kişini vurdu

BAKI, 8 oktyabr. TELEQRAF

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın xəbərinə görə, hadisə oktyabrın 7-də saat 19:30 radələrində Xatınlı-Əlimərdanlı avtomobil yolunda qeydə alınıb.

Əliyev Nuran Fikrət oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən 1940-cı il təvəllüdlü piyada Musayev Qiyas Hüseyn oğlunu vurub.

85 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
61
teleqraf.com

1Mənbələr