AZ

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

20 noyabr 2025-ci il tarixində “Finex Kredit” BOKT ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Marja.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir.

1. Nizamnaməyə dəyişiklik edilməsinin müzakirəsi.

2. Digər məsələlər.

Yığıncaq Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda keçiriləcək.

Qeyd edək ki, 2 milyon 472 min manat nizamnamə kapitalı olan “Finex Kredit” BOKT ASC-yə Leyli Məmmədova sədrlik edir. O, İdarə Heyətinin sədri vəzifəsinə bu ilin yayında təyin edilib. Kredit təşkilatının nizamnamə kapitalı avqust ayında 978 min manat artırılaraq 1 milyon 494 min manatdan 2 milyon 472 min manata çatdırılıb.

Ötən ilin sonuna olan məlumata görə, Mirzəyev Xaqan Səməd oğlu (32.1%), Cəbrayılov Azad Nəriman oğlu (26.75%), Allahverdiyeva Raminə Tokay qızı (16.55%), Tağıyeva Şəlalə İslam qızı (10.1%), Şixalizadə Tokay Murad oğlu (7.5%) Məmmədov Rövşən Mürsəl oğlu (3.6%), Şərifov Mobil Famil oğlu (2.3%) və Tağıyeva Gülnarə Elçin qızı (1.1%) “Finex Kredit” BOKT ASC-nin səhmdarları olub.

Seçilən
74
marja.az

1Mənbələr