Müasir dövrdə diqqət dağınıqlığı bir çox şagirdin dərsə tam cəmlənə bilməməsinə səbəb olur. Xüsusilə texnologiyanın, sosial medianın və kənar stimulların artması fonunda şagirdlərin fikirlərinin yayındığı hallara tez-tez rast gəlinir. TehsilForumu.Az-ın araşdırmasına görə, bu, həm dərs nailiyyətlərinə, həm də ümumi inkişafına mənfi təsir göstərir.Bəs bu problemi necə həll etməli?- Ailə mühiti rol oynayır:Ev şəraitində sakit və mütəşəkkil bir dərs mühiti yaratmaq, uşağın öyrənməyə köklənməsinə kömək edir. Televizorun, telefonun və digər yayındırıcı amillərin uzaqlaşdırılması vacibdir.- Kiçik fasilələrlə oxu:Uzun müddət fasiləsiz oxumaq əvəzinə, 20-25 dəqiqəlik oxu seanslarından sonra 5-10 dəqiqəlik fasilələr şagirdin diqqətini qorumağa kömək edir. Bu "Pomodoro metodu" kimi tanınır.- Müəllim yanaşması:Müəllimlər dərsləri daha interaktiv və maraqlı etməklə, şagirdin marağını oyada bilər. Qrafiklər, videolar və oyunlaşdırılmış təlim metodları bu baxımdan çox təsirlidir.- Motivasiya verin:Şagirdə niyə öyrəndiyini anlatmaq, ona hədəf göstərmək və müvəffəqiyyətlərini kiçik mükafatlarla təqdir etmək diqqətin cəmlənməsini artırır.TehsilForumu.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta