Bakı. Trend:
İspaniya Superkubokunun yarımfinal mərhələsinin tarixi və oyuncədvəli müəyyənləşib.
Trend-inməlumatına görə, qarşılaşmalar yenidən Səudiyyə Ərəbistanının Ciddəşəhərində keçiriləcək.
7 yanvar 2026-cı ildə “Barselona” ilə “Atletik Bilbao”, 8yanvarda isə “Atletiko Madrid” ilə “Real Madrid” üz-üzə gələcək.Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Turnirin final oyunu yanvarın 11-də, bazar günü “Alinma”stadionunda baş tutacaq və o da saat 22:00-da başlayacaq.