RU

İspaniya Superkubokunun yarımfinal oyunları yenidən Ciddədə keçiriləcək

Bakı. Trend:

İspaniya Superkubokunun yarımfinal mərhələsinin tarixi və oyuncədvəli müəyyənləşib.

Trend-inməlumatına görə, qarşılaşmalar yenidən Səudiyyə Ərəbistanının Ciddəşəhərində keçiriləcək.

7 yanvar 2026-cı ildə “Barselona” ilə “Atletik Bilbao”, 8yanvarda isə “Atletiko Madrid” ilə “Real Madrid” üz-üzə gələcək.Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Turnirin final oyunu yanvarın 11-də, bazar günü “Alinma”stadionunda baş tutacaq və o da saat 22:00-da başlayacaq.

Избранный
22
az.trend.az

1Источники