AZ

Bu, Putinə siyasi zərbə olacaq - Klimkin

ABŞ Prezidenti Donald Tramp “Tomahavk” raketlərinin Ukraynaya təhvil verilməsini təsdiqləsə, bu, Rusiya lideri Vladimir Putinə siyasi zərbə olacaq.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin bildirib.

O, həmçinin yeni silah növlərinin tədarükü ilə bağlı danışıqları siyasi mesaj kimi qiymətləndirib. Eyni zamanda, o, reallıqda Ukraynanın bu raketləri yerləşdirməsinin texniki cəhətdən çətin olacağı barədə xəbərdarlıq edib.

Seçilən
31
1
axar.az

10Mənbələr