AZ

Trampın Karni ilə görüşdə bu zarafatı hamını güldürdü

ABŞ prezidenti Donald Tramp Ağ Evdə baş nazir Mark Karni ilə görüşü zamanı yenidən Kanadanın ABŞ-a birləşməsindən bəhs edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, danışıqları açan Karni Trampın “iqtisadi transformasiya, NATO tərəfdaşlarından hərbi xərclər üzrə görünməmiş öhdəliklər” və Azərbaycan və Ermənistan, habelə Hindistan və Pakistan arasında nizamlanmanı təmin etdiyini bildirib. Bundan əlavə, o, sözünə davam edərək "bir çox cəhətdən, ən vacib şey budur ki," deyib, lakin Tramp zarafatla onun sözünü kəsərək "Kanada və ABŞ-ın birləşməsidir" deyib. Karni isə gülərək etiraz edib: "Mən sözü buna gətirmirdim!"

Kanadanın baş naziri daha sonra ciddi tonda çıxış edərək HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümünü xatırladıb.

Tramp jurnalistlərin Vaşinqton və Ottava arasında kəskin ticarət mübahisələrini həll etməyin, bu mövzuda yeni razılaşma əldə etməyin və ya ABŞ-ın Kanada idxalına tətbiq etdiyi tarifləri azaltmağın mümkün olub-olmaması ilə bağlı təkrar suallarına qəti cavab verməsə də, Karninin işini yüksək qiymətləndirib: "Düşünürəm ki, o, əla baş nazirdir. İstənilən vaxt məni təmsil etməsinə icazə verərdim. O, çox güclü, çox yaxşı liderdir".

Eyni zamanda Tramp Kanadanın baş nazirinin sərt danışıqlar apara biləcəyini etiraf edib. O, “Karnini çox populyarlaşdırdığı”nı deyib, baş nazir isə bu fikrə təbəssümlə cavab verib.

Jurnalistlər həmçinin prezidentdən Kanada və ABŞ-ın yeni ticarət sazişi əldə etməsinə nəyin mane olduğunu soruşublar: "O, böyük adamdır. Sövdələşmə istəyir. Siz niyə istəmirsiniz?".

Cavabında Tramp "Çünki mən də böyük insan olmaq istəyirəm" deyərək görüşdə iştirak edənlərin əhəmiyyətli hissəsinin gülüşünə səbəb olub.

 

Musavat.com

Seçilən
13
26
musavat.com

10Mənbələr