AZ

“Barselona”nın ötən mövsüm gəliri təxminən 1 milyard avro olub

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kataloniyanın “Barselona” klubunun mətbuat xidməti ötən mövsümdə klubun ümumi əməliyyat gəlirinin 994 milyon avro olduğunu açıqlayıb.

İdman.biz-in məlumatına görə, klubun xalis əməliyyat mənfəəti isə 2 milyon avro olub.

Bununla yanaşı, qeyd olunur ki, “Nike” şirkəti ilə sponsorluq müqaviləsindən klub 259 milyon avro qazanır.

“Barselona” hazırkı İspaniya çempionudur. Keçən mövsüm kataloniyalılar həmçinin UEFA Çempionlar Liqasının yarımfinalına yüksəliblər və burada “İnter”ə məğlub olublar.

Bu mövsüm La Liqanın səkkiz turundan sonra “Barselona” lider “Real Madrid”dən 2 xal geri qalaraq turnir cədvəlində ikinci yerdədir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr