AZ

Putin: “xüsusi hərbi əməliyyat zonasında strateji təşəbbüs tam şəkildə Rusiya Ordusunun əlindədir”

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdan Moskvaya qayıtdıqdan sonra Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Putin iclas zamanı bildirib ki, xüsusi hərbi əməliyyat (SVO) zonasındakı strateji təşəbbüs tam şəkildə Rusiya Silahlı Qüvvələrinin əlindədir. Onun sözlərinə görə, bu il Rusiya ordusu 5 min kvadratmetr ərazi və 219 yaşayış məntəqəsini “azad edib”. 

Rusiya lideri həmçinin qeyd edib ki, Sankt-Peterburqa işgüzar səfəri çərçivəsində o, Müdafiə Nazirliyinin, Baş Qərargahın rəhbərliyi və SVO zonasındakı qoşun qruplaşmalarının komandirləri ilə birlikdə Petropavlovski kilsəsini ziyarət edib. 

 

Musavat.com

Seçilən
24
50
musavat.com

10Mənbələr