AZ

BVF: Trampın gömrük rüsumları bazarlarda qeyri-müəyyənliyi artırıb

BVF: Trampın gömrük rüsumları bazarlarda qeyri-müəyyənliyi artırıb

ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumları valyuta bazarlarında qeyri-müəyyənliyin artmasına səbəb olub.

AFN.az xəbər verir ki, bu nəticə 7 oktyabrda təqdim olunan BVF-nin qlobal maliyyə sabitliyi üzrə hesabatının analitik bölməsində yer alıb.

Hesabatda vurğulanır ki, ticarət siyasətindəki dəyişikliklər, təchizat zəncirlərinin yenilənməsi və geosiyasi gərginliklərlə müşayiət olunan qlobal iqtisadi mənzərə fonunda ABŞ rüsumları ilə bağlı apreldə edilən açıqlamalardan sonra qeyri-müəyyənliyin artması həm köhnə, həm də yeni tendensiyaları üzə çıxarıb.

Ekspertlər qeyd edirlər ki, qeyri-rezidentlərin ABŞ dollarına olan tələbi artıb, baxmayaraq ki, bu artım COVID-19 pandemiyası dövründəki qədər kəskin olmayıb.

BVF həmçinin bildirir ki, ölkələrin ticarət yanaşmaları arasında fərqlər daha aydın görünməyə başlayıb. Bəzi iqtisadiyyatlar dolların xalis satışına keçib, eyni zamanda bank sektoru xaricindəki institutlar arasında dolların dəyərinin gələcəkdə enməsinə qarşı sığorta (hedcinq) tələbi artıb.

Seçilən
64
afn.az

1Mənbələr