AZ

Edama məhkum edilən şəxs azad edilib- bu ölkədə...

Ajans.az xəbər verir ki,bu barədə Reuters məlumat yayıb. Məlumata görə, 56 yaşlı Saber Şuşan Facebook-da prezident Qais Səidi tənqid edən paylaşımlarına görə ötən həftə edam cəzasına məhkum olunmuşdu. Qərar ölkədə və beynəlxalq aləmdə insan haqları ilə bağlı ciddi narahatlıq və ictimai tənqid dalğasına səbəb olmuşdu. Şuşanın vəkili Osama Butella müvəkkilinin sərbəst buraxıldığını təsdiqləyib. Həbs olunan şəxsin qardaşı Camal Şuşan da qısa açıqlama verərək, Saberin azad edildiyini bildirib. Qeyd edək ki, bu iş Tunisdə son dövrlərdə ifadə azadlığı ilə bağlı narahatlıqlar fonunda xüsusi diqqət çəkir.

 

Seçilən
79
Ajans.az

1Mənbələr