İran kəşfiyyat quyusunun sınağından sonra Pazan yatağında qaz ehtiyatları aşkar edib.
İran mətbuatının yazdığına görə, yeni ehtiyatlar 10 trilyon kubfut (təxminən 280 milyard kubmetr ) həcmində qiymətləndirilir.
Pazan yatağı Cam şəhərindən (Boşəhr vilayəti) təxminən 21 kilometr aralıda yerləşir. Nazir yataqda kəşfiyyat işlərinin 8 ildir dayandırıldığını və bu fasilədən sonra ikinci kəşfiyyat quyusunda işlərin bərpa olunduğunu qeyd edib.
Məlumata görə, bu ehtiyatlardan qaz hasilatı 40 aydan sonra başlaya bilər.
Əziz Mustafa