AZ

Prezident: Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir

"Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir".
 
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib.
 
"Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir", - deyə dövlət başçısı əlavə edib.
Seçilən
26
38
sitat.info

10Mənbələr