AZ

FT: Makronun prezidentliyi dağıdıcı sonluğa yaxınlaşır...

Fransa son 70 ilin ən ağır siyasi böhranı ilə üz-üzədir...

Poliqon xəbər verir ki, Financial Times qəzeti Fransada baş verən son siyasi hadisələri “Makron prezidentliyinin dağıdıcı qürubu” kimi xarakterizə edib. Nəşr yazır ki, Emmanuel Makronun ardıcıl siyasi səhvləri ölkəni son 70 ilin ən dərin böhranına sürükləyib və bu, təkcə Fransa üçün deyil, həm də Avropa üçün təhlükəli bir mərhələni ifadə edir.

Qəzet qeyd edir ki, cəmi dörd həftə əvvəl baş nazir təyin olunan Sebasten Lekornünün istefası Fransanı 1950-ci illərdən bəri görünməmiş siyasi xaosa salıb. FT yazır ki, bu vəziyyət “Fransa üçün dəhşətli, Avropa üçünsə zərərli”dir, çünki qitə bu qədər qeyri-sabit dövrdə güclü və qətiyyətli liderliyə hər zamankından daha çox ehtiyac duyur.

Məqalədə vurğulanır ki, hazırda Fransa praktiki olaraq idarəolunmaz vəziyyətdədir: dövlət maliyyəsi böhran içində, iqtisadiyyat zəifləyib, sosial gərginlik getdikcə artır, maliyyə bazarlarında isə ciddi narahatlıq hökm sürür.

FT-nin redaksiya heyəti qeyd edir ki, 1958-ci ildə Fransa demək olar ki, vətəndaş müharibəsinin astanasında olsa da, həmin dövrdə ölkəni bu böhrandan çıxara biləcək bir şəxs – general Şarl de Qoll mövcud idi. Lakin bu gün, qəzetin fikrincə, ölkənin ümid edə biləcəyi belə bir xilasçı fiqur üfüqdə görünmür.

Analitiklər bildirirlər ki, Emmanuel Makronun nüfuzunun sürətlə azalması, parlamentdəki parçalanma və küçə etirazlarının dalğası onun siyasi gələcəyini böyük sual altına salır. Avropa İttifaqında liderlik rolu oynayan Fransanın zəifləməsi isə Brüsselin strateji birliyinə ciddi zərbə vura bilər.

Poliqon.info

Seçilən
51
50
poliqon.info

10Mənbələr