
Moskvanın Basmannı məhkəməsi Dağıstanda saxlanılan və sifarişli qətllərin təşkilində ittiham olunan iş adamı İbrahim Süleymanovun üç şərikini həbs edib.
Reyting.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yazıb.
“Məhkəmə ibtidai istintaq orqanlarının Süleymanovun Dağıstandan Moskvaya köçürülmüş 3 ortağı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib”, - agentliyin mənbəsi bildirib.
Onlar adam öldürməyə cəhddə ittiham olunsalar da, heç biri özünü təqsirli hesab etmir.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının nümayəndələri TASS-a bildiriblər ki, Dağıstanda Süleymanovun ən azı üç şəriki saxlanılıb. Müstəntiqlərin fikrincə, onlar 2021-ci ildə bir iş adamının sifarişi ilə qətlə cəhddə iştirak ediblər.
Xatırladaq ki, Süleymanov oktyabrın 3-də Moskvanın Basmannı məhkəməsi tərəfindən iki sifarişli qətlin təşkilində və adam öldürməyə cəhddə ittiham olunaraq həbs edilib. O, özünü təqsirli hesab etmir.
V. QULİYEV