Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi adını qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, milli finalda Özbəkistanla üz-üzə gəlib.
Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Şahmar Nağızadə, Vahid Məmmədov, Tərlan Qurbanəliyev rəqib qapısından keçiriblər.
Qeyd edək ki, Özbəkistan millisi ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.