AZ

ABŞ da hökumətin bağlanma prosesi davam edir

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Senatında hökumətin yenidən açılması üçün keçirilən iki səsvermə uğursuz olub.Reyting.az xəbər verir ki, qanunvericilər nə demokrat, nə də respublikaçıların təkliflərini irəli sürə bilməyiblər.Əsas maneə “Əlverişli Baxım Qanunu”dur. Demokratlar sığorta haqları üzrə genişləndirilmiş vergi kreditlərini uzatmaq istəyir, Respublikaçılar Partiyası isə bu məsələnin ilin sonuna qədər təxirə salınmalı olduğunu deyirlər.Bazar ertəsi demokrat və respublikaçı senatorlar hökumətin bağlanmasına son qoymaqda irəliləyişin olmamasından təəssüfləniblər.Bəzi demokrat senatorlar respublikaçı həmkarları ilə rəsmi danışıqların aparılmamasını tənqid ediblər.“Çox danışılır, amma strukturlaşdırılmış heç nə yoxdur. Problem budur”,- deyə demokrat senator Peter Velxh bildirib.Senatdakı həmkarları ilə bir neçə qeyri-rəsmi ikitərəfli görüşlərdə iştirak edən respublikaçı Mayk Rounds deyib ki, danışıqlarda əhəmiyyətli irəliləyiş yoxdur.E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
reyting.az

2Mənbələr