AZ

Sidneydə insanlara atəş açan şübhəli məhkəmə qarşısına çıxarılıb

Avstraliyanın Sidney şəhərində 20 nəfərin yaralanmasına səbəb olan atışmadan sonra həbs olunan şəxs məhkəmə qarşısına çıxarılıb.

APA xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” qəzeti məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 5-də polis 20 nəfərin xəsarət almasına səbəb olan atışmada şübhəli bilinən 60 yaşlı Artemios Mintzası həbs edib. H

Polis onu 25 maddə, o cümlədən 18 nəfərə öldürmək məqsədi ilə atəş açmaq maddəsi ilə ittiham edib.

Növbəti proses dekabrın 3-nə təyin edilib.

Seçilən
10
1
apa.az

2Mənbələr