AZ

Doha görüşü ləngiyir

Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin Qətərin paytaxtı Dohada keçiriləcək görüşü ləngiyir.

Bu barədəxa0RİA Novosti-yə xa0iştirakçı ölkələrdən birinin nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, ləngiməyə səbəb tədbirin proqramına edilən dəyişiklik olub.

“Nümayəndə rəhbərləri indi Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin evinə gedəcəklər, sonra isə görüş başlayacaq”, - agentliyin sözçüsü deyib.xa0

Qeyd edək ki, rəsmi danışıqlar səhər saat 8:45 radələrində başlamalı idi. (oxu.az)

Seçilən
41
olke.az

1Mənbələr