AZ

Qreta Tunberq İsraildən deportasiya edilib

Hurriyyet.az xəbər verir ki, oktyabrın 6-da isveçli hüquq müdafiəçisi Qreta Tunberq də daxil olmaqla, "Sumud" (ərəb dilində "müqavimət") donanmasının 171 fəalı İsraildən Yunanıstan və Slovakiyaya deportasiya edilib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, deportasiya olunanlar Yunanıstan, İtaliya, Fransa, İrlandiya, İsveç, Polşa, Almaniya, Bolqarıstan, Litva, Avstriya, Lüksemburq, Finlandiya, Danimarka, Slovakiya, İsveçrə, Norveç, Böyük Britaniya, Serbiya və ABŞ vətəndaşlarıdır.

Hürr Tərcüman

 

Seçilən
31
1
hurriyyet.az

2Mənbələr