AZ

Türkiyənin uğurlu rəqəmsal nümunələri Azərbaycan ixracatçıları üçün əlçatan olacaq

“Azexport” portalı Türkiyənin rəqəmsal transformasiya sahəsində uğurlu nümunələrinin və rəqəmsal alətlərinin yerli istehsalçılar və ixracatçılar üçün əlçatanlığını təmin etmək niyyətindədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, portalın nümayəndə heyəti Azərbaycanın rəqəmsal ticarət imkanlarını genişləndirmək, e-ticarət və innovasiya sahəsində qabaqcıl təcrübələri öyrənmək məqsədilə Ankara və İstanbul şəhərlərində bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində rəqəmsal texnologiyaların geniş tətbiq olunduğu müxtəlif innovativ müəssisələr və texnoloji mərkəzlər ziyarət olunub. Görüşlərdə Türkiyədə innovasiya ekosisteminin formalaşması, startapların dəstəklənməsi və rəqəmsal transformasiya proseslərinin təşkili üzrə məsələlər müzakirə edilib. Müzakirə olunan əməkdaşlıq imkanları gələcəkdə iki ölkə arasında elektron ticarət, innovasiya və sənaye sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.

Səfər zamanı rəqəmsal ekosistemin gücləndirilməsi, ixracatçılar üçün yeni platforma həllərinin tətbiqi və “Azexport” portalının beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində konkret razılaşmalar əldə olunub.

Seçilən
31
1
vergiler.az

2Mənbələr