Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı V.Orbanın Ofisi yayıb.
Bildirilib ki, o, oktyabrın 6-7-də baş tutacaq səfəri zamanı Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə iştirak edəcək.
Bununla yanaşı, Baş nazir ikitərəfli görüşlər də keçirəcək.
***
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
Redaktor.az xəbər verir ki, Macarıstan lideri oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.
Səfər zamanı Macarıstanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqlar aparacaq.