AZ

Sidneydə atışma nəticəsində zərərçəkənlərin sayı 20-yə çatıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Avstraliyanın Sidney şəhərində oktyabrın 5-də baş verən atışma nəticəsində zərərçəkənlərin ümumi sayı 20 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu rəqəm Yeni Cənubi Uels polisinin saytındakı yenilənmiş məlumatda yer alıb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, atışma zamanı güllə yarası alan bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha üç nəfər yüngül xəsarət alıb, 16 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Polis əməkdaşları arasında xəsarət alan olmayıb.

Sidneyin qərb ətraflarında təxminən 100 atəş səsi eşidildikdən sonra 60 yaşlı kişi həbs edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs polis maşınları da daxil olmaqla, yoldan keçən avtomobilləri fərq qoymadan atəşə tutub.

Seçilən
83
azertag.az

1Mənbələr